Qəbir qisməti

Qəbir qisməti

Olur ki, heç fərqinə varmadan, zarafatla söylədiyimiz bir alxış və ya qarğış dua yerinə keçər. "Dünya dağılsa da etmərəm, olmaram" dediklərimiz başımıza gəlir və dediyimizin tərsini eləmiş oluruq. İçimizdə qətiyyətimiz nə qədər möhkəm, sarsılmaz olur-olsun, dilimizdəki sözümüz sərt olmasın, mülayim olsun. Unutmayaq ki, insan ağzından çıxardığı hər sözə məsuldur və ən çox günahı da əli ilə deyil, dili ilə qazanır.

Sfera.az yeniavaz.az-a istinadən bildirir ki, uşaq vaxtı babamdan eşitdiyim bir söhbət heç yadımdan çıxmır. Sizə söyləmək istədiyim həmin o söhbət yaşanmış bir hadisədir və boş-boş danışmağın nə kimi nəticələr verəcəyinə dair ən aydın örnəklərdən biridir. Babam danışırdı:

Bizim Mərcanlı camaatı dədə-babadan tərəkəmə olub, yayı heyvanlarımızla yaylaqda, qışı qışlaqda keçirərdik. 1920-ci illərin əvvəllərində Zəngəzurda, Qarabağda, müxtəlif yerlərdə ermənilərlə müharibə gedirdi. O zaman bizim camaatımızın bu gün Ermənistan xəritəsi içində qalan Pəni, Qısır, Hacı Fərhad yurdu, Əyriqar kimi yaylaqları vardı.

O il erməni-müsəlman davası daha da şiddətlənmişdi. Biz bir yoxuşa yaxınlaşanda qəfildən ermənilər bizi atəşə tutdular, təbii ki, biz də əliboş deyildik və daşların arxasında yerimizi tutub atışmağa başladıq. Qısa müddətdə erməniləri yolumuzun üstündən kürüyüb ata bildik. Bir neçəsini öldürmüş, bir neçəsini də ağır yaralamışdıq. Ermənilər yaralılarını, meyitlərini götürüb qaçdılar, bizdən də Mustafa (soy şərəfi prinsipini nəzərə alaraq söhbətdəki iştirakçılara şərti verməli olduq) adlı bir nəfər ölmüşdü. Mustafanın ölümünə üzülmüşdük, amma ermənilərə üstün gəldiyimiz üçün çox məmnun idik. Qarşıdakı təpənin başına növbətçi qoyduq və oturub dincimizi alandan sonra meyiti yuyub kəfənlədik, qəbrini qazıb, namazını qıldıq. Qəbri yamacda axar-baxarlı bir yerdə qazmışdıq. Oradan baxanda göz işlədikcə işləyir, adamın könlü rahat olurdu.

Mustafa rəhmətliyin yaşı yetmişi keçmişdi, ömrü boyu xoş yaşamışdı, uşaqlarını evləndirib ayırmış, işlərini zamanında yerbəyer eləmişdi. Ona görə də kədərlənmirdik. Adətən bizim elatda onda kədərlənirlər ki, ölənin körpə yetimləri qalır, cavan arvadı dul qalır. Bu dünyadan alacağını alıb, verəcəyini vermiş kişilərin ölümünə o qədər də üzülmürdük, dua edirdik arxasınca. İsaxan da bəlkə elə bu düşüncə ilə Mustafanın arxasınca zarafat eləmək istədi:

- Ay kişilər, eey, bu dünyada hər şeyin yaxşısı bu Mustafanın olub, atın yaxşısı onun, arvadın göyçəyi onun, çadırın, çubuğun qəşəngi onun, indi də bəxtəvərin qəbrinə adamın tamahı düşür, yerə-yurda bax e, elə bil seyrəngahdır, hər tərəf nə qəşəng görünür!..

Elə İsaxının sözü ağzından çıxarmışdı ki, atışma səsi dünyanı başına götürdü. Mustafanı dəfn edə bilmədik, meyiti də götürüb geri çəkildik. Heyvanları sürüb ordan uzaqlaşdırdıq, yerimizi tutub ermənilərin hücumunu gözləməyə başladıq. Səhəri gün Mustafanın meyitini köhnə bir qəbiristanlığının kənarında basdırdıq və yığışıb hücuma keçdik. Ən güclü atışma Mustafanın boş qalmış məzarının yanında oldu. Ermənilərdən öldürdüyümüzü öldürdük, bir neçəsini də yaraladıq, qalanlarını da qovub dağdan aşırdıq, amma burda da İsaxan vuruldu. Mustafanın boş qalmış məzarına İsaxanı basdırdıq. Basdıranda da hər kəs bir-birinin üzünə baxır, amma kimsə ağzını açıb bir söz demirdi. Çünki hər kəsin nə deyəcəyi hər kəsə bəlli idi, gözümüzün qarşısında bir ibrət hadisəsi yaşanmışdı. İsaxan zarafatla da olsa Mustafanın məzarına tamah salmışdı, Allah-Taala da o məzarı Mustafaya yox, elə İsaxanın özünə qismət eləmişdi.

Tarixdən bir yarpaq

"Mən iki qurbanın oğluyam"

Bəşər tarixində qurban deyilmiş insanlar var. İbrahim Peyğəmbər oğlu İsmayılı qurban dedi, hətta onu yerə uzadıb boğazına bıçaq da çəkdi, Allah-Taala Həzrəti İbrahimin də, onun bıçağı altına könüllü olaraq uzanan İsmayılın da bu imtahandan qalib çıxdıqlarını müjdələdi və İsmayılın yerinə qurban kəsmək üçün bir qoç göndərdi. Allah-Taala hələ nemətini bununla da tamamlamadı, İbrahim Əleyhissəlamın gözünün ağı-qarası bircə övladı, İsmayılı vardısa, qoca vaxtında ona ikinci oğlu - İshaqı da pay verdi. Özü də bu oğulların hər ikisi gələcəkdə Peyğəmbər olacaqdılar.

 

İmranın xanımı Xanna Allah-Taalaya qurban vermək üçün heç nə tapmadı, bətnindəki uşaq ağlına gəldi və onu Allaha qurban dedi. O uşaq Məryəm oldu. Allah-Taala o Məryəmdən dünyaya İsa Peyğəmbər kimi böyük bir Peyğəmbər göndərdi.

Peyğəmbərimiz Həzrəti Muhamməd: "Mən iki qurbanın oğluyam" deyirdi. O qurbanların birincisi Həzrəti İsmayıl (Ona salam olsun!), ikincisi isə öz atası Abdullah idi. Muhamməd Peyğəmbərin öz atası Abdullah da qurban deyilmiş, amma atası Əbdülmüttəlib onun qarşılığında yüz dəvə kəsərək paylamış, Allah qarşısında sədaqətini isbat etmişdi. O iki qurbanın soyundan, Quran ifadəsiylə desək, Aləmlərə Rəhmət olan uca bir Zat, Həzrəti-Muhamməd (s.ə.s.) dünyaya gəlmişdi.

Allah-Taala bəndəsindən bir şey istəyəndə almaq üçün istəmir, istədiyinin üzərinə yeni birisini də qoyaraq qaytarmaq üçün istəyir.

Allah-Taala Qurani-Kərimdə buyurur ki, kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişməz. Allaha yetişən qurban kəsən insanın ürəyindəki Allaha bağlılıq hissidir. İslam dini insanı qurban kəsməyi kökündən yasaqlayıb. Halbuki bu gün bəzi batil dinlərdə bu cahilliyi hələ də görmək mümkündür.

Lüğət

"Ədəb" ərəb sözüdür və elə ərəb dilində də təxminən bizim bildiyimiz mənaları verir, özü də 3 hərflə yazılır: əlif (ə), dəl (d), bə (b). Amma kim deyibsə, nə qədər də gözəl deyib ki, ədəb əlinə dilinə, belinə sahib olmaqdır. "Ədəb" ərəb sözü olsa da türkcədə irəli sürülən bu iddia özünü tamamilə doğruldur.

Əslində isə ədəb gözəl əxlaqın həyata tətbiqidir, yəni ədəb əxlaqın görüntüsüdür. Ədəb yoldur, üsuldur, davranış qaydalarıdır, danışıq və davranış tərzidir, özünü dünyaya tanıtma, insanlara göstərmə şəklidir...

Allah-Taala hər cür ehtiyacdan uzaqdır və bütün yaradılmışlar ancaq Ona möhtacdırlar. Qurban ibadətinin fəlsəfəsində bu həqiqət durur.


OXŞAR XƏBƏRLƏR

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...