\"Qəbələ\" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

\
 

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Sfera.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv ilkin mərhələnin cavab matçında Kipr APOEL-ini qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Oyunun 55-ci dəqiqəsində Giannis Satsias fərqlənib.

Komandalar arasında Nikosiyadakı matç 1:1 hesabı ilə yekunlaşdığı üçün "Qəbələ" növbəti mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qəbələ” üçüncü dəfədir UEFA Gənclər Liqasında çıxış edirdi. "Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatılıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"i iki oyunun nəticəsində məğlub edilib - 1:1, 3:1. Lakin II raundda "qırmızı-qaralar" Almaniya "Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


OXŞAR XƏBƏRLƏR