\"Qazdan kütləvi zəhərlənmə barədə yayılan məlumatlar həqiqətə uyğun deyil\" - RƏSMİ

\
Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi şəkildə qazdan zəhərlənməsi barədə məlumat yayılıb. Daha sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilib.

Sfera.az məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs və "Azəriqaz” İstehsalat birliyinin birgə məlumatında bildirilir. 

"Bildirmək istərdik ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə hadisəsi baş verməyib. Videomaterialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xəti, "Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”, - deyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin və "Azəriqaz”ın birgə məlumatında bildirilir.

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...