Qazaxıstanın axtarışa verdiyi şəxs Azərbaycanda tutulub
15:39 / 18.09.2019
868
Qazaxstanda "İnterpol" xətti ilə beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutulub.
Sfera.az "Report"-a istinadən xəbər verir ki, bu ölkənin Cinayət Məcəlləsinin 226-cı (saxta sənəd hazırlama) maddəsi ilə axtarışa verilmiş Qazaxstan vətəndaşı, 41 yaşlı Ruslan Nurimbetov Türkiyədən Bakıya gələrkən Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb.
Onun Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.