Qazaxıstanda pedofillər axtalanacaq - RƏSMİ
15:12 / 21.04.2016
877
Qazxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin kimyəvi axtalanmasını icbari norma kimi tətbiq edilməsi haqqında qanun imzalayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, "Qazaxıstan Respublikasının uşaq haqlarının müdafiəsi məsələlərinə dair qanunvericilik aktlarına bəzi dəyişikliklər və əlavələrin edilməsi haqqında” Qanun yetim və valideyn himayəsindən məhrum qalan uşaqlar haqqında məlumat bazasının yaradılmasına sövq edir.
Ehtimal edilir ki, bu sistem uşaq haqları məsələləri ilə məşğul olan dövlət orqanlarının, mərkəzi və yerli səviyyəli orqanların, eləcə də Qazaxıstanın xarici müəssisələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək.