Gündəm

Qazaxıstanda azərbaycanlı “qanuni oğru” saxlanılıb

Qazaxıstanda azərbaycanlı “qanuni oğru” saxlanılıb
Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstan və Azərbaycanda cinayətkar fəaliyyətlə məşğul olan şəxsi saxlayıblar

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Qazaxıstan KİV-ində məlumat yayılıb. Qeyd olunub ki, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. O, Şuçinskdə qaldığı mehmanxana nömrəsində yaxalanıb.
Adı açıqlanmayan şəxs özünü "qanuni oğru” kimi təqdim edib. Üzərində tapança, patron, döyüş qumbarası və narkotik vasitə aşkarlanıb.

Azərbaycanlı "qanuni oğru” hazırda müvəqqəti saxlanma təcridxanasında saxlanılır.
 
Sfera.az
AdRiver
loading...

XƏBƏR LENTİ