Qazaxda göldə batan daha bir balıqçının meyiti tapıldı

Qazaxda göldə batan daha bir balıqçının meyiti tapıldı
Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.

Sfera.az bildirir ki, gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb.

Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyitini tapıblar.(APA)
 
***
 16:00

10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib.
FHN-dən Sfera.az-a verilən məlumata görə, axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar nəticəsində E.Məmmədovun meyiti batdığı yerdən 500 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam edir.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR