Qazaxda piyadanı avtomobil vurdu
23:38 / 28.11.2021
2286
Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Kərimovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
(report)