Hadİsə

Qazaxda maşın sürüyə girdi: Çoban yaralandı, 57 baş qoyun tələf oldu

Qazaxda maşın sürüyə girdi: Çoban yaralandı, 57 baş qoyun tələf oldu
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi "Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ