Qaz pulu 20 qəpikdən hesablanır? - “Azəriqaz”dan açıqlama

Qaz pulu 20 qəpikdən hesablanır? - “Azəriqaz”dan açıqlama
Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır.
 
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir. 

O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: "Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. "Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər”.

"Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbəlayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür narahatlıqla qarşılaşan abonentlər "Asan Kommunal”, "Azəriqaz”ın qaynar xətti, sayt üzərindən elektron müraciət formalarından istifadə edərək şikayətini onlara bildirməlidir: "Texniki olaraq belə bir halın baş verməsi mümkün deyil, yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb. Amma bütün müraciətlər araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə hər il yanvarın 1-dən başlayaraq 170 manatlıq (1700 kubmetr) qaz sərfiyyatına kimi hər kubmetr üçün qiymət 10 qəpik, bu limitdən sonra isə 20 qəpikdən hesablanır.



/"Qafqazinfo”n












 

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...