Qayınanalarından biri Gültəkin Hacıbəyli ilə əmlak davasına çıxdı

Qayınanalarından biri Gültəkin Hacıbəyli ilə əmlak davasına çıxdı
Keçmiş deputat 5 ildir qayınanasından aldığı 50 min dolları geri qaytarmır.

Nəsimi rayon Məhkəməsi tərəfindən Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın vəsatəti əsasında Səməd Vurğun küçəsi ev 92A ünvanda yerləşən 12 saylı mənzilinə və iki bahalı- LEXUS LX 570 10 VU 003 və TAYOTA AVALON 10 KV 003 nömrəli avtomobillərinin üzərinə həbs qoyulub.

Sfera.az-ın məlumatına görə, 2013-cü ildə Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova G.Hacıbəyliyə qarşı mənzilin təmiri və avadanlığın alınması üçün verilmiş 50 min dolların qaytarılması tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Daxil olan şikayət ərizəsi əsasında məhkəmə prosesi keçirilib və iddiaçının iddiası təmin edilib.

Araşdırmalar zamanı məlum olub ki, G.Hacıbəylinin keçmiş əri Mahmud Mehdiyev də onu məhkəməyə verib: "Mən əvvəl demişdim ki, Gültəkin Hacıbəylini hələ mayın 17-də məhkəməyə vermişəm. İyunun 10-da isə mənim anam Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Gültəkin Hacıbəyli tərəfindən ailəmizə vurulan 50 min dollar məbləğində zərərin ödənilməsini tələb edib”.

Bu qərarla razılaşmayan Gültəkin Hacıbəyli isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Sentyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın üzvü, Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəylinin apellyasiya şikayətinə baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Xatırladaq ki, Səməd Vurğun küçəsi ev 92A ünvanda yerləşən 12 saylı mübahisəli mənzil 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə hədiyyə edilib. 2003-2004-cü illərdə bu mənzildə təmir aparılıb və qeyd olunan məbləğdə təmir pulu Gültəkin Hacıbəyliyə keçmiş qayınanası tərəfindən verilməsi sübut olunub.

Belə ki, G. Hacıbəyli millət vəkili olduğu dövrdə dəyəri milyon manatlarla ölçülən çox sayda mülk ələ keçirib. Xəbərə sözügedən əmlakların mülkiyyət sənədlərinin surəti də əlavə olunub.

Həmin mülklərin siyahısı:

• Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;

• Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

• Goradil kəndində 30 sot torpaq sahəsi;

• Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;

• Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

• Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;

• Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

• Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;

• Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;

• Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

• Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

• Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92A ünvanında mənzil.

Mülklərin sənədləri keçmiş deputatın özünün, atası, qardaşı və bacısının adına rəsmiləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...