Qayçının xəstənin qarnında unudulmasına haqq qazandırıldı: \"Bu hər yerdə olur, həkim robot deyil ki!\"
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı unudub.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı L.Orucova ARB-yə həkimlərin başına gətirdiyi hadisəni olduğu kimi danışıb. O, bildirib ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var. Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.
"Ailənin dediyindən əlavə də problemləri var. Onun mədəaltı vəzisi xəstədir. Özləri də bilir. Bundan sonra xəstədə fəsadlar olsa, bu mədəaltı vəziyə görə yaranacaq. Biz üzərimizə düşən nə varsa, artıq etmişik. Bununla bağlı həkimlərə lazımi göstərişlər verilib. Bu Almaniyada, Amerikada da olan şeydir. Tək bizdə deyil. Həkim robot deyil ki! Həkim də insandır".