Qatarda dəhşətli partlayış: 62 ölü
11:50 / 31.10.2019
1511
Pakistanın Liyakatpur şəhəri yaxınlığında sərnişin qatarında yanğınla müşayiət olunan partlayış baş verib.
Sfera.az xəbər verir ki, qatarda yemək hazırlamaq üçün istifadə olunan qaz balonu partlayıb. Güclü alov qatarın 3 vaqonunu bürüyüb.
Hadisə nəticəsində 62 nəfər ölüb, çoxlu sayda yaralı var. Ölü sayının artacağı istisna edilmir.