Dünya

Qasırğa fırtınaya çevrildi - 500 min adam işıqsız qaldı

Qasırğa fırtınaya çevrildi - 500 min adam işıqsız qaldı
ABŞ-ın cənub-şərqini vuran Maykl qasırğası nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, qasırğanın isə tropik fırtınaya çevrildiyi bildirilir.

Sfera.az xəbər verir ki, ABŞ Dövlət Qasırğa Mərkəzi dünən Florida ştatı sahillərinə çatan Mayk qasırğasının şiddətinin saatda 115 kilometrə endiyini, bu səbəbdən tropik fırtına qeydə alındığını bildirib.

Corciya ştatının Makon şəhərinin 50 km cənub-şərqinə çatan tropik fırtınanın hələ müəyyən olunmamış xəsarətlər vura biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Corciyanın Seminol şəhəri Fövqəladə Vəziyyət İdarəsi direktoru Trevis Bruks şəhərdən bir uşağın qasırğa üzündən öldüyünü açıqlayıb.

Rəsmi orqanlar qasırğa üzündən Alabama, Corciya və Florida ştatlarında 500 min adamın işıqsız qaldığını bildiriblər.

Yerli vaxtla günortadan sonra Atlantik okeanına doğru irəliləməsi gözlənilən Maykl qasırğasının 30 milyondan çox adam ziyan vurması gözlənilir.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ