Qasım Süleymanini Mərkəzi Kəşfiyyat İdarəsinə kim satıb? – Sensasiyalı iddia

Qasım Süleymanini Mərkəzi Kəşfiyyat İdarəsinə kim satıb? – Sensasiyalı iddia

"Qasım Süleymaninin ortadan qaldırılması əmri 2019-cu ilin son ayında, 21 gün öncə verildi. Və bu əmri yerinə yetirəcək heyət də bölgədəki yerini aldı. Əmri gözləməyə başladı...”

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur "Takvim” qəzetinin yazarı Ergün Dilerin hazırladığı məqalədə bildirilir. Onun dünyanı silkələyən qətl olayı ilə bağlı "Strateq.az” saytında tərcüməsi dərc olunan məqaləsini qısa ixtisarla təqdim edirik:

"... Ancaq bu məlumat Ağ Evə sızdı. Bu da ayrı bir mübarizəyə mövzu oldu. Nə isə… Məlumatı alan Prezident Tramp da Müdafiə naziri Mark Esperi çağıraraq sual etdi. Esper də bu məlumatın doğru olmadığını söylədi. Baş verən bu hadisədən sonra Tramp Esperə "Hesab edirəm ki, eşitdiyimiz hadisə doğru deyil. Doğru olmadığını söylə” dedi. Yəni, xəbərdarlıq etdi.

Əslində, Müdafiə naziri Esper Qasım Süleymaninin hədəf olduğunu bilirdi, lakin əməliyyatın həmin gün olacağından xəbərsiz idi. Pentaqon daxilində əlçatmaz, toxunulmaz gizli bir qrup var. Bu qrup silah lobbisi ilə birbaşa təmas qurur. Qərar da, əməliyyat da bu qrupun işidir. Əməliyyat gizli saxlanmışdı. Ağ Evə məlumatın sızdığı öyrənilincə, düyməyə basmaq üçün yeni il gözlənildi. Bəlkə də ora gedən məlumatın etibarlı olmadığının anlaşılması istəndi.

Bu zaman İranınn ən önəmli komandirlərindən biri olan Qasım Süleymaninin Bağdada enəcəyi haqqında məlumat alındı. Bu məlumat, yəni amerikanlara sızdırılan xəbər Süleymaninin birbaşa yanından gəlirdi. Təqribən 7 ildir İranın ən çox güvəndiyi hərbçi olan Qasım Süleymani ilə işləyən bu iranlı, əslində, MKİ-nin agenti idi. Məlumat təsdiq olundu. MKİ də MKİ ilə sınaqdan keçirilirdi.

7 ildir Süleymaninin yanından ayrılmayan həmin iranlı 01 yanvarda ailəsinin yanında olmaq üçün izin aldı. İndi ailəsilə birlikdə amerikanların qoruması altındadır.

Sonra da iki ABŞ helikopteri Bağdad Hava Limanının sadəcə 2,9 km uzaqlığından havaya qalxdı və raketləri göndərdi. Hədəf konvoy idi. Ortalıq alov topuna döndü. İranın ən önəmli şəxsi Bağdadda ortadan qaldırıldı. Onsuz da gərgin olan bölgə yenə xaosa yelkən açdı…

Əməliyyatın Trampın məlumatı daxilində və əmrilə həyata keçirildiyini söyləmək ABŞ sistemi üçün lazımlı idi. Ancaq Vaşinqtonda lazımi şəxslərin hamısı bilir ki, Trampın bu əməliyyatdan xəbəri yox idi.

Vitse-prezident Mayk Pens ən incə detallarınadək əməliyyatdan xəbərdar idi. Lakin o da Trampa bu məlumatı sızdırmamışdı.

Öncəki gün Mark Esper nə demişdi? Xatırlayın. Demişdi ki, "Oyun dəyişdi”. Deyəsən, həqiqətən də 2019-cu ildən ötrü darıxacağımız bir ilə girdik”.


OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...