Qasım Hacıyev: “Ermənilər bizdən gördükləri humanizmi kimsədən görməyiblər”

Qasım Hacıyev: “Ermənilər bizdən gördükləri humanizmi kimsədən görməyiblər”
"Ermənilər türkləri küt alətlə ölldürürür, bununla gülləyə qənaət edirdilər”

"Erməni vəhşiliyi və yalanlarına qarşı mübarizədə bütün türk dünaysının birliyi zəruridir”
 
"II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması təklifi ikitərəfli faydalıdır”
 
Artıq uzun illərdir ki, müharibə şəraitində olan ölkəmizə yönəlik erməni təxribatları ara vermir. İstər hərbi, istərsə də siyasi, mədəni və s. sferada gerçəkləşən bu təxribatları tarixi müstəvidə də müşahidə etmək mümkündür. Ermənilərin işğal edilmiş torpaqlarımızdakı tarixi abidələri məhv etmək, saxtalaşdırmaq cəhdləri buna nümunədir. Odur ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun "Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyevlə söhbətimizdə bütün bu məsələləri şərh etməyə, erməni təxribatları və ona qarşı mübarizə imkanlarını araşdırmağa çalışdıq.
 
 
-Son vaxtalar ermənlərin Azərbaycanın ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərdən biri də, guya 1990-cı ilin yanvarıdna Bakıda minlərlə erməninin qətl və zorakılığa məruz qalması ilə bağlıdır. Sizcə ermənilərin bu yalanına cavab verilməlidirmi? Yoxsa bu kimi böhtanları cavablandırmaq əlavə vaxt və enerji itkisindən başqa bir şey deyil?
 
-Hesab edirəm ki, ermənilərin bu böhtanlarına da cavab verilməlidir. Bizim institutun direktoru hörmətli Musa müəllif dəfələrlə bu məsələlərə toxunub. O, dəfələrlə qeyd edib ki, bizim institutun əsas vəzifəsi ermənişünaslıqdır. Çünki Azərbaycan dövləti bizə bu məsələdə etibar edib. Bizə imkan yaradıb ki, biz ermənilərin sözünü kəsək, onların yalanlarını üzə çıxaraq,  beynəxalq aləmdə ifşa edək. Təsəvvür edin ki ermənilər xalqımıza qarşı bunca qırğınlar, soyqırımlar törətdikəlri halda,  bizi qabaqlamağa, bizi etmədiyimiz cinayətlərə görə ittiham etməyə çalışırlar. Ermənilərin dünyanın gözü qarşısında törətdikləri Xocalı soyqırımına münasibətdə də hansı mövqe sərgilədiyini görürsünüz.
1990-cı ilin yanvarında ermənilərin guya Bakıda və ya ölkəmizin digər şəhərlərində təzyiqə məruz qalmasına gəlincə, deməliyəm ki, bu barədə deyilənlərin hamısı cəfıngiyyatdan başqa bir şey deyil. Ermənilərə heç bir zülm, heç bir zorakılıq göstərilməyib. Əksinə, Bakını tərk etmək istəyən ermənilərin buradan rahat, təhlükəsiz şəraitdə getməsi üçün hər cür şərait yaradılıb. Ermənilərin bir çoxu gəmilərlə heç bir təzyiq və məcburiyyət qarşısıdna qalmadan Bakını tərk etdi. Mən o zaman Nəsimi rayonunda yaşayırdım. Biz o zaman rayondakı ermənilərin öz əmlaklarını avtomobillərə yükləməsinə belə yardım etdik. Hətta getmək üçün lazımi vəsaiti olmayan ermənilərə yol pulu məsələsində də köməklik göstərdik və onlar əmlakları ilə birlikdə sağ-salamat Bakını tərk etdilər. Onlar bizdən gördükləri humanizmi kimsədən görməyiblər.
1988-ci ildə Sumqayıtda baş verən olaylar isə ermənilərin və KQB-nin özünün təxribatları idi. Bu hadisələri Qriqoryanın rəhbərliyi ilə ermənilərin özü təşkil etmişdi. Öldürülən ermənilərin də çoxu "Krunq”un üzvü olmayan ermənilər idi. Öz etdiklərinin günahını isə bizim üstümüzə yıxmağa çalışdılar. Ermənilər Sumqayıt hadisələrindən istifadə edib azərbaycanlıları vəhşi kimi qələmə verdilər. Bir daha deyirəm ki, bu hadisələrin sifarişçisi də, icraçıları da ermənilər olub.
 
-Sizcə Sumqayıt hadisələri ilə Qarabağ olayları arasında bir əlaqəsi varmı? Ermənilərin Suqmayıt təxribatı ilə Qarabağın işğalı arasında hansısa bağlılıq mövcuddurmu?
 
-Təbii ki, mövcuddur.  Onlar bundan istifadə edib, Qarabağın işğalını genişləndirdilər. Əvvəl azərbaycanlıları qıcıqlandırmaq üçün bir sıra addımlar atdılar. Meşələri qırır, insnalarımızı müxtəlif təxribatlara cəlb etməyə çalışırdılar. Azərbaycanlıların müqavimətinə imkan verməmək üçün öncə onlar qabaqcadan silahsızlaşdırıldı. Daha sorna isə qətlə yetirildi və ya qovuldular.
Ermənilər Sumqayıt hadisələri və "Bakı qətliyamı” ilə bağlı yalanlarından dünya ictimaiyyətini aldatmaq üçün istifadə edirlər.
Mən bir dəfə beynəlxalq konfransların birində Sankt-Peterburqlu bir alimlə Tehran şəhərində konfrans zamanı söhbət edirdim. Ona dedim ki, sən tarixçisən, bilirsən ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Amma onlar xalqımızı bu torpaqlardan zorla çıxarıblar və  ermənilər deyir ki, bu torpaqlar bizə aiddir. Rus alimi isə mənə deyir ki, öz aramızdır, siz də onları Bakıdan qovmusunuz. Mən onu başa salmağa çalışdım ki, Bakı erməni şəhəri deyil. Necə ki, Qarabağ erməni ərazisi deyil. Bundan başqa, onlar Bakını öz xoşları ilə tərk ediblər. Onlara qarşı zorakılıq, qətliyam olmayıb.
 
-Qasım müəllim, ermənilər sadəcə Azərbaycan xalqına qarşı deyil, digər türk xalqlarına qarşı da soyqırım və qətliyamlar həyata keçiriblər. Sizcə ermənilərə qarşı türk dünyasının birgə mübarizəsi daha effektiv olmazmı? Türkün tarixi düşməninə qarşı mübarizədə türk birliyi nə dərəcədə zəruridir?
 
-Bu, olduqca zəruri bir məsələdir. Bizim ən böyük xilasımız türk dünyasının ermənilərə qarşı birgə mübarizəsidir.
Ermənilərin qondarma soyqırım iddiaları 1965-ci ildə Sovet İttifaqı KP MK-nin göstərişi ilə ilk dəfə Liviyada gündəmə gəldi. O zamankı DTK daha sonra Livan və digər Şərq ölkələrində bu məsələni qaldırdı. O yerlərdə ki, orada erməni diasporu daha güclü idi. Təsəvvür edin ki, qondarma erməni soyqırımının 1915-1918-ci ildə olduğunu iddia edən ermənilərin yaınız 1965-ci ildə, "birdən-birə” yadlarına düşür ki, sən demə onların babalarını o vaxt öldürüblər. Bundan sonra onlar bu "soyqırım”da ölən ermənilərin sayını sürətlə artırmağa başladılar. Əvvəl bu rəqəm yarım milyon idi. Lakin bu, erməniləri qane etmədi. Odur ki, daha sonra bu rəqəmi 1 milyona qaldırdılar. Ancaq bir qədər keçəndən sonra bu da ermənilərə az göründü. Sonra bu rəqəm 1,5 milyona yüksəldi. Ermənilər durmadan bütün dünyanın gözü qrşısında ağladılar ki, türklər bizi qırıb. Halbuki, bunun sadəcə bir yalan olduğunu sübut edən çoxsaylı faktlar var. Ermənilərin bu hadisə ilə bağlı təqdim etdiyi bütün şəkillər, teleqram və məktubların hamısı saxtadır. Alman mənşəli Avstriya alimi Erik Fayklın əsərlərində "erməni soyqırımı” kimi təqdim edilən şəkillərin hardan, hansı hadisələrdən götürüldüyü ilə bağlı dəqiq məlumatlar var.
 
-Qasım müəllim, Türkiyəyə səfərləriniz əsnasında ermənilərin soyqırım törətdiyi ərazilərdə olmusunuzmu? Bu hadisələrin canlı şahidləri qalırmı?
 
-Mən Van bölgəsində olmuşam. Orada çoxlu toplu məzarlıqlar var. Bunlar ermənilər tərəfindən qətlə yetirilən türklərin toplum məzarllığıdır. Ermənilər ağalaya-ağlaya bütün dünyanı inandırmağa çalışırlar ki, bizi türklər qırıb. Halbuki, ermənilər türklərə qarşı soyqırımı törədiblər.
Mən Vanda 101 yaşında İbrahim Həqqi adında yaşlı bir kişi ilə danışdım. Onun qulaqları yaxşı eşitmirdi, gözləri öz nurunu itirmişdi. Lakin ermənilərin türklərə qarşı törətdiyi vəhşiliklər haqqında ağlayaraq danışırdı. O, danışdıqca insan dəhşətə gəlirdi.
Ermənilərin türklərə qarşı törətdiyi qətliamlarla bağlı film də var. Bu filmdə ermənilərin Sivasda, Vanda, Ərzurumda, eləcə də Urmiya ərazisində törətdiyi soyqırımla bağlı məlumatlar var.
Türkiyədə 70-ə yaxın türk toplu məzarlığı var. Onların cəmi 7-si açılıb. Mən orada öldürülənlərin qafa (kəllə) sümüklərini gözümlə görmüşəm. Onların əksəriyyətini başına arxadan küt və ya deşici alətlə vuraraq öldürüblər. Ermənilər türklərə gülləni belə çox görüb. Bunu yersiz israfçılıq hesab ediblər. Ermənilər Van əhalisinin 85-90%-ni məhv ediblər. Az sayda insan qaçaraq canını qurtara bilib.
 
-Sizcə türklər erməni vəhşiliklərini niyə zamanında dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb?
 
-Vaxtiylə bunun üstü açılmadı. Türklər özlərinə sığışdırıb bunu demədi. Ermənilər isə ağlaya-ağlaya dünyanı öz yalanlarına inandırdı. Və onlar bu gün də ağlamaqda davam edirlər.
 
-Qasım müəllim, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu günlərdə maraqlı təkliflə çıxış edib. O, Azərbaycanın faşizm Almaniyası üzərindəki qələbəyə mühüm töhfələr verdiyini əsas gətirərək, gələn il, II Dünya Müharibəsinin 75 illiyi ərəfəsində Bakıda ölkəmizin bu müharibədəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. Sizcə belə bir muzeyin yaradılması həm gənc nəslin qəhrəmanlıq ruhunda tərbiyəsi, həm də ölkəmizin bəşəriyyət qarşısındakı tarixi xidmətinin beynəlxalq aləmdə təbliği baxımından nə dərəcədə faydalı olar?
 
-Bu, çox yaxşı təklifdir. Məsələ ondadır ki, Azərbaycan həqiqətən də faşizmə qarşı mübarizəyə böyük töhfələr verib, faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynayıb. Ölkəmizin neft sənayesi, bütün iqtisadi resursu bu mübarizəyə sərf olunub. II Dünya Müharibəsində iştirak edən yüz minlərlə soydaşımız cəbhələrdə böyük fədakarlıqlar göstərib. Onların bir çoxu digər ölkələrin orden və medalları ilə də təltif olunub. Bu baxımdan ölkəmizdə belə bir muzeyin yaradılması qəhrəmanlıq ənənələrinin təbliği baxımından da faydalı olar.
Bundan başqa, bu muzeyin yaradılması digər baxımdan da vacibdir. Biz nədən imtina ediriksə ermənilər ona sahib çıxmağa çalışır, bu məsəldə bizi qabaqlayır, önə düşürlər. Biz Gülüstan, Türkçamçay, Kürəkçay müqavilələrin hamısının Azərbaycanın işğalına aid müqavilə olduğunu bilirdik. Lakin biz müstəqilliyin ilkin vaxtlarında da bu məsələləri mütəmadi gündəmə gətirməyə üstünlük vermədik. Düşünürdük ki, Azərbaycanın işğalı ilə bağlı müqavilələrin nəyini qeyd edək? Sovet dönəmində bu müqavilələr bağlı yazırdıq ki, gəlib bizi xoşbəxtliyə çıxarıblar. Indi isə həqiqəti - bizi işğal etdiklərini bildiririk. Lakin biz bu müqavilələrin konfranslarda müzakirəsindən və s. imtina etdik. Bir də baxdıq ki, ermənilər yığışıb Rusiyaya gedib və orada Qarabağ xanı İbrahimxəlil xanla Sisiyanovun imperator adından bağladığı traktatın altından yazıblar ki, "Qarabağın Rusiya tərkibinə keçməsi erməni məlikliklərinin Çarizmlə bağladığı müqavilə əsasında həyata keçirilib”. Sonra yazdılar ki, Pənahəli xan yetim bir oğlan idi, acından ölürdü, onu Şahnazaryan himayə elədi, aparıb Şuşada oturtdu. Sonra isə başımıza bəla oldu. Ermənilər yazırdı ki, guya Pənahəli xan ermənilərin olan Qarabağı azərbaycanlılara verdi. Bununla bağlı konfranslar keçirdilər.
Biz bundan sonra Kürəkçay müqaviləsinin harada, kimlərlə bağlanması, hansı şərtlərlə imzalanması və s. məsələləri ortaya çıxartdıq. Həqiqət ortaya çıxanda hamıya məlum oldu ki, bu, Azərbaycan torpağıdır, müqavilə Azərbaycan xanı ilə bağlanıb və s. Bu barədə xeyli monoqrafiya və məqalələr yazmışıq. Hətta dərsliklərə daxil etdik. Orta məktəblərin 8-ci sinifləri üçün Qarabağ tarixi dərs vəsaitində, Çingiz Ənvəroğlu ilə yazdığımız "Qarabağlı hərbiçilər: xanlıqlar və AXC dövrü” kitabında, "Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyi” adlı məqaləmdə, "Qarabağın maddi və mənəvi mədəniyyəti” monoqrafiyamda Qarabağla bağlı Azərbaycan həqiqətləri öz əksini tapır.
Bu baxımdan Azərbaycanın II Dünya Müharibəsində iştirakı, faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin təbliğ edilməsinə, bu iştirakçılığı özündə əks etdirən muzeyin yaradılmasına ehtiyac var. Biz bu məsələdə erməniləri qabaqlamalı, xalqımızın faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin unudulmasına imkan verməməliyik.Moderator.az 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...