Qarşıdakı dövrdə ciddi struktur islahatları olacaq...

Qarşıdakı dövrdə ciddi struktur islahatları olacaq...
"AZAL səhmlərinin bir hissəsi bazara çıxarılaraq satılmalı, xüsusən də bura xarici investisiya cəlb edilməlidir” 
Sfera.az-a açıqlamasında bu sözləri Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilən iclasında çıxışı zamanı prezident İlham Əliyevin növbəti struktur islahatlarının olacağına dair verdiyi anonsa münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:
 
"İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanan struktur islahatları ilə bağlı təkliflər paketində idarəetmə strukturunun təkmilləşdirilməsi təklif edilib. Düzdür, həmin paketdə olan təkliflərin bir qismi artıq hökumət tərəfindən qəbul edilib və tətbiq olunub. Antiinhisarla bağlı xüsusi qurum yaradılıb, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilib. Amma eyni zamanda, bu istiqamətdə islahatların davam etdirilməsi tərəfdarıyıq. Ümumiyyətlə,  struktur islahatları idarəetmədə çevikliyin təmin edilməsi baxımında vacibdir. Çünki ölkəmizdə idarəetmə prosesində çevikliyin təmin edilməsinə ciddi ehtiyac var. Bu baxımdan növbəti mərhələdə idarəetmə strukturunda bir sıra digər islahatlar da aparılmalıdır. Enerji və su sahəsində vahid qurumun yaradılması daha yaxşı olardı. Azərbaycanda indilikdə içməli suya ayrı, meliorasiyaya isə digər bir qurum nəzarət edir. Onların birləşdirilərək, vahid Su Agentliyinin yaradılması daha məqsədəuyğundur. Bu nəticə etibarı ilə strukturun daha çevik olmasına imkan yaradacaq. Enerji sahəsində də bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir. Enerji istehsalı və satışı sahəsində də vahid qurum yaradılmalıdır. Ona görə də "Azərenerji” ilə "Azərişıq” faktiki olaraq birləşdirilməli, vahid qurum yaradılmalıdır. İnkişaf etmiş ölkələrdə vergi yığma sahəsində vahid qurum mövcuddur. Ona görə də gömrük və vergi sistemində vahid qurumun formalaşdırılması və bir nazirliyin yaradılması daha məntiqlidir. Bunun baş verməsi həmin sektorda çevikliyi təmin edəcək. Həmçinin, kommunal xidmətlər təklif edən qurumlar idarəetməyə verilməlidir. Xüsusən də istilik və digər kommunal xidmətlərə məsul qurumların idarəetməyə verilməsinə ehtiyac vardır. İndilikdə, xeyli miqdarda dövlət vəsaiti bu qurumların saxlanılmasına sərf olunur. Bu mənada onların idarəetməyə verilməsi xeyli miqdarda büdcə vəsaitinə qənaət etməyə imkan yaradacaq. Həmçinin, bu daha şəffaf, daha keyfiyyətli və səmərəli xidmətin həyata keçməsinə şərait yaradacaq. AZAL səhmlərinin bir hissəsinin bazara çıxarılaraq satılması, xüsusən də xarici investisiyanın cəlbi məqsədəuyğun olardı. Bu onların fəaliyyətinin çevikləşməsi və genişlənməsinə gətirib çıxara bilər. Ona görə hava nəqliyyatında da xarici investisiyanın cəlb edilməsi daha məqsədəuyğundur. Struktur islahatları ilə yanaşı, bəzi qurumların paytaxtdan kənara köçürülməsi də vacibdir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi rayonların birinə köçürülməlidir. Bu baxımdan strukturun təkmilləşməsi və bir-birini təkrarlayan qurumların birləşdirilməsi daha məqbuldur. Bu halda, yalnız dövlət büdcəsinə qənaət edilməyəcək, həm də islahatların sürətinin artırılması baxımından daha çevik idarəetməyə nail olunması üçün əhəmiyyətlidir”.

Qeyd edək ki, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev ciddi struktur islahatlarının anonsunu verdi. Belə ki, burada ölkə başçısı, Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatlarına başlayacağını bildirib. Onu da vurğulayaq ki, prosesə artıq bir neçə ildir start verilib. Nəticədə ötən illər ərzində bir sıra lazımsız qurumlar ləğv edilib, bir-birini tamamlayan bəzi qurumlar birləşdirilib. Amma prezidentin də açıqlamasından göründüyü kimi, qarşıdakı dövrdə proses davam etdirilərək, daha ciddi struktur islahatlarına başlanılacaq.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...