Qarından azad olmaq istəyənlər üçün pəhriz qaydaları

Qarından azad olmaq istəyənlər üçün pəhriz qaydaları

Yay gəldi qarın əzələləriniz hələ də görsənmir? Qarın nahiyəsindəki artıq piylərdən azad olmaq lazımdır? Bu yazını oxumağa dəyər.


Qarın və yan nahiyələrindən piylərin əridilməsi

1. Qida ənənənizə yenidən baxın. Artıq çəki ilə mübarizəyə ağır idmanla, sərt pəhrizlərlə başlamaq olmaz. Yaxşı olar ki, qida rasionunuza diqqət yetirəsiniz, qlikemiya indeksi yüksək olan məhsulları meyvə-tərəvəz ilə əvəz edəsiniz. Pəhrizə keçidi nə qədər yumuşaq etsəniz, bir o qədər həmin pəhrizə dözümlü olacaqsınız. Zamanla əvvəlki çəkinizə və düz qarına sahib olacaqsınız.

2. Aylıq məqsədlər qoyun. Motivasiya nə qədər dəqiqdirsə, nəticələr də daha dəqiq olacaq. Daimilik isə mütləqdir. Aylıq məqsədiniz 5 kq ola bilər. Lakin 15 kq olsa, siz yenidən başa qayıtmış olacaqsınız və heç bir nəticə əldə edə bilməyəcəksiniz.

3. Sadə pəhrizə başlayın. Yadda saxlayın ki, çəki azaldan pəhrizlər kişilərdə daha effektli olur, nəinki qadınlarda. Ən sadə pəhriz saxladığınız halda belə fiziki məşqlər olmadan ilk həftədə təsir edəcəkdir. Lakin birdən sərt pəhrizə keçsəniz, itirdiyiniz çəki yenidən qayıdacaq.

4. Ehtiyyatla idmana başlayın. Əgər siz heç vaxt qaçmamısınızsa, orqanizmi gündəlik 30 dəqiqəlik qaçışlara öyrəşdirməyə tələsməyin. Nəticədə dizləriniz ağrıyacaq, çəkiniz isə azalmayacaq. Bundan səvai kişilər idmanla məşğul olan kimi pəhrizi unudur və idmanla hər bir şeyin həll olunucağını düşünür. Tamamilə yanlış fikirdir!

5. Yağların əridilməsi barədə elmi materialları araşdırın. Düz arıqlamağın və düz məşqin yollarını öyrənin, mənasız yerə vaxtınızı itirməyin.

6. Piyləri əzələ ilə əvəz edin. Əzələ artımı orqanizmdə testosteronu artıraraq, təbii yağ əriməsinə səbəb olacaq, özünüzə inamı artıracaq, daha seksual edəcək. Lakin məqsədlər dəqiq olmalıdır. Orqanizm çox zaman eyni anda hər ikisini etməyə qadir olmur.

7. Qarın əzələlərini bərkidin. Qarın əzələlərinin məşqinə ilk öncə piy qatlarından azad olduqdan sonra başlamalısınız. Yadınızda saxlayın, qarın əzələləri hamıda var, lakin piy qatları onları örtüb. Əgər artıq çəkidən azad olmaq istəyirsiniz isə ilk öncə qidalanmağa diqqət yetirməlisiniz, fiziki məşqlər yalnız köməkçi rol oynayır.



OXŞAR XƏBƏRLƏR

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...