Qarın ağrısı infarktın əlaməti ola bilər - 4 saatdan artıq davam edirsə…

Qarın ağrısı infarktın əlaməti ola bilər - 4 saatdan artıq davam edirsə…

İnfarktın əsas əlamətləri kimi bilinən məşhur sinə ağrıları və döş qəfəsində olan yanmalardır.

Lakin həkimlər infarkt keçirən hər xəstədə bu halların yaşanmayacağını istisna etmir. İnfakt qarın ağrısı ilə də baş verə bilər. Xüsusilə tərləmək, halsızlıq kimi şikayətlər eyni zamanda baş verirsə və gəzərkən qarın ağrısı artırsa, bu infaktın əlamətləri ola bilər. Ağrılar 4 saatdan çox olursa diqqətli olmaq lazımdır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, qarının fərqli yerlərində ağrılar, mədə-bağrsaq pozulmaları, böyrək daşı, qadınlarda və kişilərdə cinsiyyət orqanlarının xəstəliklərindən də ola bilər. Lakin ağciyər iltihabları və infaktın ola biləcəyini də unutmaq olmaz.  

Ürək xəstələrinin 10%-i qarın ağrısından şikayətlənərək, həkimə müraciət edən insanlardır. Buna görə də qarın ağrısına ötəri yanaşmaq olmaz. Əgər ağrılarınız 4 saatdan çox davam edirsə və daha da şiddətlənirsə qətiyyən  ağrıkəsici dərmandan istifadə etməyin.

 

Risk dəyəri çox olan xəstələrdə qarın ağrısı olarsa infaktdan şübhələnmək və bununla bağlı araşdırmalar aparmaq lazımdır. Xəstə, səbəbi bəlli olmadan əzələ genişləndirici və mədə qoruyucu dərmanlar yazılaraq, evə göndərilməməlidir. Əvvəllər ürək damar problemi yaşayan, ürəyinə stend taxılmış, şəkər xəstəliyi olan, ailəsində erkən yaşda ürək xəstəliyi , uzunmüddətli təzyiq prolemi olan və ya təzyiqi stabil olmayan xəstələr, xalesteronu yüksək olanlar, ən vacibi siqaret çəkən insanlarda uzunmüddətli qarın ağrısı olduqda mütləq kardioloq qəbuluna göndərilməlidir. 6 saat fasilə ilə azı iki dəfə qan analizi verilməli və EKQ çəkilməlidir. Bu xəstələrdə ürək infarktı istisna olunmadan, xəstəxanadan evə göndərmək olmaz.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...