Krİmİnal

Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət

Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət
 

Abşeron rayonunda qətl hadisəsi baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.

 

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.

 

1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

 

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30