Maqazİn

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” - Fotolar

“Qardaşım dedi ki, səni yıxıb-sürüyəcəklər...” - Fotolar

Pərvin Abıyeva açıq-saçıq səhnələrin çox olduğu "Gecə qonağı” filmi ilə bağlı təəssüratlarını bölüşüb.

Aktrisa "Qafqazinfo”ya açıqlamasında rol aldığı filmə görə tənqid atəşinə tutulduğunu söyləyib.

Pərvin bildirib ki, filmdə canlandırdığı obrazıtamaşaçılara sevdirib:

"May ayından "Gecə qonağı-2” filminin çəkilişlərinə başlayırıq. Çəkilişlər "Qayıdış” filminin qalasından sonra baş tutacaq”. "Gecə qonağı” kinoteatrlarda yayımlandıqdan sonra əhalinin müəyyən hissəsi gedir, qalan hissəsi isə yox. Deyərdim ki, film tənqiddən çox sevildi. İlk 30 dəqiqə ərzində mən sosial şəbəkədə gördüm ki, millət məni yıxıb-sürüyür. Haqqımda nələr yazırdılar...

Amma sonra hiss etdim ki, obrazı sevdirə bilmişəm. Müsbət rəylər almağa başladım. Mən o filmə çəkiləndə nişanlı deyildim. Subay bir qız idim. Amma nişanlı olsam belə həyatımda olan insan buna normal baxır və bilir ki, mən aktrisayam. Təbii ki, bu mənim həyatım deyil. Əvvəl qardaşım və anam dedi ki, yıxıb-sürüyəcəklər. Mən aktrisayam və bu normaldır”.

 





XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031