Dünya

Qardaşı və arvadı qılıncdan keçirilib - Camal Kaşıkçının ailəsi ilə bağlı qorxunc iddia

Qardaşı və arvadı qılıncdan keçirilib - Camal Kaşıkçının ailəsi ilə bağlı qorxunc iddia
Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan Camal Kaşıkçının qardaşı Əhməd Kaşıkçı ilə arvadı Ciddə şəhərində öldürülüb.

Sfera.az xəbər verir ki, bu iddia ilə Livanın paytaxtı Beyrutda dərc olunan "Diyar” qəzeti çıxış edib. İddiaya görə, Kaşıkçı ailəsinin evinə gələn maskalı və qılınclı şəxslər Əhməd Kaşıkçı və arvadını öldürüb, Kaşıkçının üç uşağı isə qaçmağı bacarıb.

Əhməd Kaşıkçının bir qonşusu evə girən şəxslərin əllərində qılıncların olduğunu və başı qoparılan qədər Əhməd Kaşıkçı və arvadının başına və kürəyinə qılıncla vurduqlarını, Əhməd Kaşıkçının üç uşağının isə qaçaraq qonşu evində gizləndiyini yazıb.

Qonşular daha sonra gələn Səudiyyə polisləri adamlara dağılışmağı əmr edib və cəsədləri naməlum yerə aparıblar. Polis cinayət yerində səhərə qədər istintaq qaparıb.

Əhməd Kaşıkçının qaça bilən 18 yaşlı oğlu Məhəmməd Kaşıkçının izini itirdiyi deyilir. Polis Əhməd Kaşıkçının evini dəmir bloklarla bağlayaraq, heç kimin evə yaxınlaşmaması ilə bağlı təlimat verib.
 
Rəsul
Sfera.az
 
AdRiver

XƏBƏR LENTİ