Qardaşı arvadına sataşanı öldürən: "Soruşdum niyə gəlmisən..." - FOTO

Qardaşı arvadına sataşanı öldürən: "Soruşdum niyə gəlmisən..." -  FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Mustafayevin (1966-cı il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sfera.az oxu.az-a istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) və Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il fevralın 1-də saat 22 radələrində Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində şəhər sakini Namiq Əliyevi (1986-cı il təv.) bıçaqla qətlə yetirməkdə şübhəli bilinən əvvəllər 5 dəfə məhkum olunan Elşad Mustafayev tutulub.

İstintaqın gedişatında məlum olub ki, qətli törədən şəxsin qardaşı neçə il əvvəl vəfat edib, bundan sonra Namiq Əliyev onun qardaşının həyat yoldaşı Gülnarə Quliyeva ilə yaxın münasibət qurub. Elşad Mustafayev Namiq Əliyevin həmin evə gəlib-getməsini bildikdən sonra, onu qətlə yetirib. 

Məhkəmə prosesində Elşad Mustafayev ittiham olunduğu maddə ilə özünü qismən təqsirli hesab edərək, Namiq Əliyevi yaralamaq niyyəti ilə vurduğunu bildirib. Onun sözlərinə görə, Namiqə bıçaqla zərbələr vurub. 

Zərərçəkmişin hüquqi varisi Vaqif Əliyev Elşad Mustafayev barəsində şikayətçi olmadığını bildirib. Sadəcə olaraq təqsirləndirilən şəxs qınayıb ki, əgər onun kiçik qardaşı Namiqin hər hansı səhv hərəkəti var idisə, gərək gəlib ona deyərdi. 

"Danışıb, həll edərdik. Sən onun ata-anasını da öldürmüsən, yaralayardın, amma öldürməzdin. Heç olmasa, ayağından vurardın. Özün Namiqi qırağa çəkib, başa salardın".

Şahid qismində dindirilən Gülnarə Quliyeva ifadəsində Namiq Əliyevi 2003-cü ildən tanıdığını göstərib.

"Bizə gəlib gedirdi, bir dəfə evimizdə təmir işləri aparıb. Bizdə qaz olmadığı üçün Namiq arada odun alıb, gətirirdi. Hadisə günü Elşad evimizdə olan vaxt qapı bərk döyüldü, açanda gördüm ki, Namiqdir. Soruşdum niyə gəlmisən, başladı söyüş söyməyə. Bunu eşidən Elşad yerindən qalxaraq, onun qarşısına gəldi. Namiq onu da söyəndə, Elşad ona sillə vurdu. Sonra küçəyə çıxaraq, mübahisə etməyə başladılar. Bir az keçəndən sonra Elşad zəng edib, Namiqi vurduğunu dedi".

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...