Qardaş taleyi üzərində biznes qurmağın adı nədir? - Sahib Məmmədov

Qardaş taleyi üzərində biznes qurmağın adı nədir? - Sahib Məmmədov
Bu adamlar belə işlərin üzərindən pullar alıb, pullar verirlər.

"Emin bizi söyməsin neyləsin? Qardaşının hesabına nə qədər qabaq düşəcəkdi. Erməni lobbisinin təsiri altında olan konqresmenlər görəsən nədən narahatdır? Deməli, Eminlə Sevinc Osmanqızı bu gün Vaşinqtonda mətbuat konfransı keçirib bəyan edəcək ki, Mehman 15 gündür aclıq edir.
Hər şey anlayıram, amma insanın öz doğmasına qarşı belə qəddar münasibəti anlaşılan deyil. Qardaş taleyi üzərində biznes qurmağın adı nədir?”

Bu fikirlər Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədova məxsusdur.

O, AzNews.az-a açıqlamasında bildirdi ki, həbsdə olan "blogger” Mehman Hüseynovla görüşüb reallığı - ona qarşı heç bir təzyiqin olmaması, eləcə də deyildiyi kimi, ac qalmadığı ilə bağlı ictimaiyyətə məlumat verəndən sonra Emin Hüseynov adlı qardaşı söyüş və təhqirlərə başladı:

"ABŞ-da Sevinc Osmanqızı ona xüsusi veriliş həsr elədi, orada bizi söydürdü. Əvvəlcədən də bilinirdi ki, reallıq onların mənafeyinə uyğun deyil, sərf eləmir. Bu gün Vaşinqton vaxtı ilə saat 11-də onlar Vaşinqtonda bir press klubu kirayələyib Beynəlxalq Amnistiya Təşkilatı (PEN), Sevinc Osmanqızı və sair şəxslərin iştirakı ilə "15 gün aclıq, işgəncə və həbsxana” adlı mətbuat konfransı keçirəcəklər. Bunu da şəxsən prezidentin qurbanı adlandırırlar. Yəni hələlik ilkin press-anonslarda belə bəyan edirlər. Mehman Hüseynov hazırda təcridxanadadır. Bunu qoyaq qırağa. Amma bu şəxslər onun 15 gün ac və işgəncə altında saxlanıldığını iddia etməklə bütün dünya ictimaiyyətini aldadırlar. Bu adamlar belə işlərin üzərindən, hətta qardaşları olsa belə, biznes qururlar, pullar alıb, pullar verirlər. Erməni lobbisi də bu vəziyyətdən istifadə edərək məsələni daha da təşviq edir, onlara dəstək göstərir. Nəticədə, bundan Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin əleyhinə bir kampaniya kimi istifadə edirlər”.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...