Qaralmaq istədi, xərçəngə tutuldu - FOTO

Qaralmaq istədi, xərçəngə tutuldu - FOTO
 

ABŞ-ın Oklahoma ştatının Morrison şəhərində bir qadın qaralmaq sevdasından yaranan dəri xərçənginə görə burnunda dəliklə yaşamalı olub.

Bu barədə "Unilad” saytı xəbər verir.

Rebeka Rapp yeniyetməlikdən bəri həftədə altı dəfə qaralmaq üçün şüa qəbul edib. O, ultrabənövşəyi şüaların onun dərisinə sağlam parıltı verəcəyini düşünüb. Yaxınları bunun nə qədər zərərli olduğunu dəfələrlə vurğulasalar da, Rapp bu müddətdə günəşdən qoruyan vasitələrdən də istifadə etməyib.

2018-ci ilin avqust ayında Rapp yanağında qaraltı olduğunu görüb və dermatoloqa gedib. Həkim xəstənin burnunun ucunda parlaq kölgə müşahidə edib və onu analizə göndərib. Qadının dəri xərçənginə yaxalandığı məlum olub. O, "Moos” əməliyyatı keçirib. Prosedur zamanı dəri sağlam hüceyrələrə qədər qaşınır.

Prosedurdan sonra Rappın burnunda dəlik əmələ gəlib. Həkimlər bu dəliyi qadının alnından götürülmüş dəri örtüyü ilə bağlayıblar.

Rapp insanlara günəşdən qoruyan vasitələrdən istifadə etmələri üçün öz hekayəsini danışmağa qərar verib. O, indi öz uşaqlarını da bu vasitələrdən istifadəyə məcbur edir.(oxu.az)



OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...