Qarğaların elmə məlum olmayan sirri-Fotolar

Qarğaların elmə məlum olmayan sirri-Fotolar

Alimlər uzun illər qarğalar üzərində apardıqları təqdiqatlardan inanılmaz nəticəyə gəliblər.

 

Sfera.az xəbər verir ki, '' Alaqarga '' olaraq bilinən quşlar, öz növündən bir quşun ölüsünü gördüyündə yemək axtarmağı dayandırıb, ölü quşun başı üzərinə toplaşırlar.  Qarğalar biri-biri ilə xüsusi işarə vasitəsilə əlaqə saxlayır. Qarğalar öz həmcinslərini xüsusi törənlə dəfn edirlər.

 

Əşyalara xüsusi marağı olan qarğalar qızıl-zinət əşyalarını toplamağı sevirlər. Alimlər arşdırma zamanı qarğaların gizlin saxlanc yerini aşkar ediblər. ABŞ-da San-Fransisko şəhəri  yaxınlığındakı bu saxlanc yerindən çox sayda qızıl zinət əşyaları tapılıb. Alimlər hesab edir ki, qarğaların qızıl zinət əşyalarına xüsusi bir sevgisi var.

 

Parıldayan, bərq vuran istənilən əşyanı qarğalar öz yuvalarının yaxınlığındakı saxlanc yerlərinə aparırlar. Qarğalar doğmalarını insanlar kimi tez-tez ziyarət edir. Belə ki, alimlər hesab edir ki, qarğa öz anasını heç zaman atmır və tez-tez onu ziyarət edir.





OXŞAR XƏBƏRLƏR