“Qaraçılar Azərbaycandan qovulmalıdır” – DEPUTATDAN SENSASİON AÇIQLAMA

“Qaraçılar Azərbaycandan qovulmalıdır” – DEPUTATDAN SENSASİON AÇIQLAMA
 

"Qaraçılara qarşı ciddi tədbirlər görülməli, sənədləri yoxdursa, ölkə hüdudlarından kənara çıxarılmalı, gəldikləri dövlətə geri qaytarılmalıdırlar”.


Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə qaraçıların sayının kəskin artmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib: "Fəaliyyətləri genişlənən qaraçılara qarşı mübarizədə inzibati cərimələr tətbiq edilməlidr. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa ölkə hüdudlarından çıxarılmalıdırlar. Çünki həmin insanlar faydalı əməklə məşğul olmayaraq dilənçilik edirsə, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirləri görməlidirlər. Əks halda həmin dilənçilər ictimai qaydanın pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Qaraçıların fəaliyyəti həm də oğurluq hallarının artmasına səbəb olur. Düzdür, qaraçılara qarşı mübarizədə müəyyən çətinliklər də var. Amma fikrimcə, bu mübarizəni genişləndirməliyik ki, yaranmış vəziyyət ictimai əhval-ruhiyəyə pis təsir göstərməsin”.


Lakin deputat İsveçdə olduğu kimi dilənçilik fəaliyyətinə görə Azərbaycanda da lisenziya verilməsinin doğru yanaşma olmadığı qənaətindədir:"Bu barədə də düşünmək olar. Amma bu sonradan elə bir fəaliyyət növünə çevrilə bilər ki, Azərbaycanda asan yol olduğundan hamı dilənməyə başlayar. Ona görə də dilənçilərə lisenziya verilməsi ölkəmizə uyğun gələn hal deyil”.


Elçin


OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...