\"Qarabağ\"la \"Qəbələ\" üçün önəmli gün

\

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Sfera.az APA-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” da növbəti matçına çıxacaq.
 
Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.
 
Digər təmsilçimiz "Qəbələ” isə səfərdə "Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq.  3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən "radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı.
 
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
 
J qrupu
 
21:00.  "Qarabağ” - PAOK (Yunanıstan)
 
Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
 
1"Fiorentina” (İtaliya) 21105-14
2PAOK (Yunanıstan)      2  110     2-1 4
3"Slovan” (Çexiya)      2     0 1     1     3-4   1
4"Qarabağ” (Azərbaycan)20113-71
 
 
C qrupu
 
23:05. "Sent-Etyen” (Fransa) - "Qəbələ”
 
Baş hakim: Ali Palabıyık
Sent-Etyen. "Joffrua Qişar” stadionu
 
1"Anderlext” (Belçika) 21104-24
2"Maynts” (Almaniya)      2     1  104-34
3"Sent-Etyen” (Fransa)20202-22
4"Qəbələ” (Azərbaycan)20023-6   0
 


OXŞAR XƏBƏRLƏR