İdman

"Qarabağ"ın yeni transferi Bakıda

 
Qarabağ" klubunun İngiltərə "Bornmut"undan icarəyə götürdüyü qapıçı Asmir Beqoviç artıq Azərbaycandadır.

Bosniya və herseqovinalı qolkiper bu gün səhər saatlarında London - Bakı reysi ilə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda bir qrup azarkeş qarşılayıb. 32 yaşlı oyunçunun sabahdan yeni komandası ilə məşqlərə başlayacağı gözlənilir. Onun adı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün sifariş olunub.

Qeyd edək ki, Asmir Beqoviç "Bornmut"dan bu ilin sonunadək icarəyə götürülür.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031