\"Qarabağ\"ın rəqibi baş məşqçisini istefaya göndərib

\
 

Avropa Liqasında "Qarabağ"la eyni qrupda qərarlaşan APOEL baş məşqçisi Tomas Dollu istefaya göndərib.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Nikosiya klubunun mətbuat xidməti yayıb.

Bir müddətdir rəhbərliklə yola getməyən almaniyalı mütəxəssis Kipr çempionatının 12-ci turunda "Olimpiakos"a məğlubiyyətin (0:2) ardından vəzifəsindən qovulub. Beləliklə, Dollun APOEL macərası cəmi 4 ay çəkib.

 

Qeyd edək ki, APOEL Avropa Liqasında "Qarabağ", "Sevilya" və "Düdelanj"la A qrupunda yer alıb. Kipr təmsilçisi sona 1 tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. (apasport)


OXŞAR XƏBƏRLƏR