İdman

“Qarabağ”ın pley-offun püşkündəki mümkün rəqibləri bəlli olub

“Qarabağ”ın pley-offun püşkündəki mümkün rəqibləri bəlli olub
 

Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması avqustun 5-də gerçəkləşəcək.

APA-nın məlumatına görə, püşkatmaya qatılacaq komanda və cütlərin tam tərkibi bəlli olub.

II təsnifat mərhələsi başa çatdıqdan sonra püşkdə iştirak edəcək 8 cüt dəqiqləşib. Daha iki cüt və iki komanda isə öncədən məlum idi.

 

Azərbaycan çempionu "Qarabağ” Kipr APOEL-i ilə cütlükdə püşkatmaya qatılacaq. Rəqib daha reytinqli olduğundan cütlük kiprlilərin əmsalına əsasən səbətə bölünüb. Təmsilçimizin cütü səpələnməmişlərdən olub.

Qeyd edək ki, bu cütlər həm də Avropa Liqasının pley-offuna qatılacaq. Çünki uduzanlar mübarizəni ikinci dərəcəli turnirdə davam etdirəcəklər. Lakin Avropa Liqasında III təsnifat mərhələsinin bütün cütləri hələ dəqiqləşməyib.

Çempionlar Liqası
Pley-off mərhələsinin püşkatması

Çempionlar yolu
Səpələnmişlər

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya)
”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
"Srvena Zvezda” (Serbiya) – "Kopenhagen” (Danimarka)

Səpələnməmişlər
"Slaviya” (Çexiya)
"Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – "Qarabağ” (Azərbaycan)
 "Maribor” (Sloveniya) – "Rusenborq” (Norveç)

Liqa yolu
Səpələnmişlər

"Krasnodar” (Rusiya) - "Portu” (Portuqaliya)
"Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)

Səpələnməmişlər
"Başakşəhər” (Türkiyə) - "Olimpiakos” (Yunanıstan)
"Bazel” (İsveçrə) - LASK (Avstriya)

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031