evli_wedding_2605230b

"Qarabağ"ın futbolçusu ağır qəza törətdi

Share Button

Dünən Bakıda ağır qəza törətmiş avtomobillərdən birini idarə edən şəxsin futbolçu olduğu üzə çıxıb. Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, Əmircan qəsəbəsi, Balandin küçəsi 40 ünvanının qarşısında "Mercedes"lə toqquşan "BMW X5"i idarə edən Emil Balayev "Qarabağ" futbol klubunun oyunçusudur. O, Ağdam klubunun dördüncü qapıçısıdır.
 
Daha əvvəl bir çox yerli klublarda oynayan Emil Balayev "Qarabağ"dan əvvəl Almaniyanın "Ayntraxt" klubunda oynayıb.
 
Məlum qəza isə dünən saat 15:40-da baş verib. Emil Balayevin avtomobili ilə "Mercedes" toqquşub. "Mercedes"in 31 yaşlı sürücüsü və onun xanımı xəsarət alıb. Onların yeni doğulmuş körpəsi isə aldığı xəsarətlərdən vəfat edib.
 
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Share Button

DİGƏR XƏBƏRLƏR