“Qarabağ”ın Bakı metrosundan xahişi
14:36 / 01.10.2015
1526
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək.“Qafqazinfo”nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək. Klub metronun daha gec saatlara qədər işləməsi xahişi iləBakı Metropoliteninə müraciət edib.Metro rəhbərliyinin isə “Qarabağ”ın müraciətinə bu gün rəsmən cavab verəcəyi gözlənilir.
Aysel