"Qarabağ"ın Avroliqada son şansı


 
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun matçlarına start veriləcək.

Ağdamın "Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "Fiorentina” komandasını qəbul edəcək.

Görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru Maykl Zorattidir (Avstriya).

"Qarabağ”-"Fiorentina” oyunu saat 20:00-da başlayacaq.

Qeyd edək ki, İtaliya təmsilçisi 10 xalla qrupa liderlik edir. Hesabında 7 xal olan "Qarabağ” və "PAOK” (Yunanıstan) müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan "Slovan” (Çexiya) sonuncu yerdədir.


Share Button

DİGƏR XƏBƏRLƏR