Qarabağın bərpasında Heydər Əliyev Fondunun müstəsna rolu var

Qarabağın bərpasında Heydər Əliyev Fondunun müstəsna rolu var
"Bu gün Azərbaycanın dünyada multikultural və mədəniyyətlərin kəsişdiyi dövlət kimi tanıdılmasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Ümummilli Lider Heydər Əliyev ideyalarının prinsiplərinə uyğun olaraq fəaliyyət göstərən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanın sosial, təhsil, mədəni və səhiyyə həyatında özünü göstərir".
 
Millət vəkili Şahin Seyidzadənin sözlərinə görə, Fondun genişmiqyaslı fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı sosial layihələr bu gün tək Azərbaycanla yekunlaşmır, eləcə də dünyanın bir sıra ölkələrini əhatə edir: "Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə dünyada təhsil, səhiyyə, xeyriyyə, sivilizasiyalararası dialoq istiqamətlərində çoxsaylı layihələr gerçəkləşir, Azərbaycanın dünyada mədəniyyətlərin qovuşduğu ölkə kimi taninması istiqamətində mühim işlər aparılır. Heydər Əliyev fondunun gərgin əməyinin nəticələrini, müxtəlif ölkələrdə fəaliyyət və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması istiqamətində apardığı işləri biz bir daha məhz İkinci Qarabağ müharibəsi dönəmində görə bildik.

Vətən müharibəsindən sonra Heydər Əliyev Fondu öz qarşısında daha geniş vəzifələr və hədəflər qoymuşdur. Ənənəvi davamlı fəaliyyətlə yanaşı, bu gün Fond işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə bu gün surətli şəkildə işğaldan azad olunmuş bölgələrimizdə quruculuq işləri aparılır, mədəni və dini abədələr öz əvvəki görkəminə qaytarılır.

Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, eləcə də işğaldan azad olunmuş digər qəsəbə və rayonlarda surətli layihələndirmə işləri aparılır. Bu gün biz əminliklə deyə bilərik ki, Qarabağın sürətli şəkildə inşa edilməsində və yeniləşməsində Heydər Əliyev Fondun müstəsna rolu var"

OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...