Qarabağda \"Zəfər bağı\" salınacaq - AÇIQLAMA

Qarabağda \
"Ermənistanın işğal dövründə ekologiyamıza vurduğu ziyanın aradan qaldırılması üçün Qarabağda "Zəfər bağı" salınmalıdır".

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin sədri Elsevər Cəlilov deyib.

O bildirib ki, işğal dövründə ermənilər təkcə Azərbaycanın tarixi, dini, mədəni abidələrinə deyil, həm də ekologiyasına qarşı terror törədiblər: "Bunlardan biri də meşəlik ərazilərdə hərbi poliqonların yaradılması olub. Ermənistan ərazisində yerləşən müəsisələrdəki çirkab suları işğal dövründə ölkəmizin çaylarına axıdılıb. Bu da çayların flora və faunasına mənfi təsir göstərib. Ermənilər Qarabağda buna bənzər bir çox ekoloji terror aktları törədiblər. Meşələri yandırıb, hətta buradakı ağacları kəsib bir hissəsini qonşu dövlətlərə pul hesabına satıblar. Bəsitçay qoruğunda yerləşən meşəlikləri, Topxana meşəsini, həmin meşələrdəki Araz palıdını məhv etməyə çalışıblar".

E.Cəlilov deyib ki, bütün bunlara görə işğaldan azad olunan ərazilərdə "Zəfər bağı"nın salınması zəruridir: "Zəfər bağı” layihəsini 8 noyabr 2021-ci il tarixində - Zəfər Günündə, Şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ torpaqlarında (minalardan təmizlənmiş ərazilərdə) həyata keçirməyi planlaşdırırıq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət etmişik. Nazirlikdən müsbət cavab gəldiyi halda təşkilat hesabına Qarabağın müxtəlif rayonlarında ağacəkmə aksiyasına başlayacağıq. Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək və ölkəmizin ərazi bütövlüyünün daimi olduğunu simvolizə etmək üçün uzunömürlülük və davamlılıq rəmzi olaraq 100 000 palıd qozasını, 200 alma, 100 ədəd fıstıq, 50 ədəd Xan çinarı ağacını işğaldan azad olmuş müqəddəs Qarabağ torpaqlarında əkərək "Zəfər bağı”nın təməlini qoymaq isətəyirik. İstənilən dövlət qurumu və QHT "Zəfər bağı" layihəsinə öz dəstəyini göstərə bilərlər. Zəfər bağının təməli qoyulandan sonra 10 il ərzində təşkilatımızın hesabına hər il 1 000 ədəd palıd şitilini də bu bağda əkməyi öz üzərimizə götürürük.

İnanıram ki, ETSN "Zəfər bağı” layihəsinin işğaldan azad olmuş ərazilərimizdə həyata keçirilməsi üçün uyğun yerin seçilməsində bizə yardım edəcək".
 

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...