Qarabağda antiterror əməliyyatları - \"Mənasız danışıqlar bitdi!\"

Qarabağda antiterror əməliyyatları - \
 

"Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”.

Sfera.az xəbər verir ki, bu sözləri  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edərkən deyib. O bildirib ki, prezidentin səsləndirdiyi fikirlər Qarabağ probleminin həll olunacağına işarə edir:

"İşğalçı Ermənistan bu günə qədər özünü tam cəzasızlıq şəraitində hiss edib və ölkəmizə qarşı təxribat törətməyə davam edib. Bu baxımdan artıq mənasız danışıqlar prosesini uzatmaq lazım deyil. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib, bizim də səbrimiz tükənib. Bu münaqişənin həll olunması üçün nə lazımdırsa etməliyik. Buna gücümüz və qüdrətimiz çatır. Hesab edirəm ki, ölkə başçısı tərəfindən qısa zamanda bu istiqamətdə böyük işlər görüləcək”.

(redaktor.az)


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...