Qarabağ münaqişəsi: Dinlərarası yox, beynəlxalq hüquq uğrunda mübarizə

Qarabağ münaqişəsi: Dinlərarası yox, beynəlxalq hüquq uğrunda mübarizə
Beynəlxalq hüquqa və ərazilər üzərində suveren nəzarətə əsaslanan mövcud müharibənin dini qarşıdurma olduğunu iddia etmək tamamilə səhvdir.

Sfera.az  xəbər verir ki, bu barədə Brüsseldə yerləşən "International Foundation for Better Governance” Fondunun "Armenia-Azerbaijan Conflict: A Fight about International Law not Religion” adlı məqaləsində deyilir.

Məqalə müəlliflərinin fikrincə, bu kontekstdə ermənilərin Şuşadakı kilsənin atəşə tutulması ilə bağlı ittihamları köhnə yara izlərini yenidən açmaq və müharibənin mövcud olmayan dini motivlərini yenidən alovlandırmaq riski daşıyır.

"Bu regional münaqişədəki vasitəçilərin ərazilər və suverenliklə bağlı hüquqi məsələlərlə məşğul olması və tərəflərə irqi və ya dini stereotiplərə əsaslanan təhqirlər edilməsinə imkan verməməsi vacibdir. Bu, yalnız Qafqazdakı ehtirasları və ab-havanı qızışdıracaq”, - məqalədə deyilir.

Məqalədə həmçinin Dağlıq Qarabağdakı Şuşa şəhərinin, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin 20%-nin hamısının BMT tərəfindən Azərbaycanın əraziləri kimi tanındığı, BMT Təhlükəsizlik Şurasının isə Ermənistan qoşunlarının dərhal geri çəkilməsini tələb edən 4 qətnamə qəbul etdiyi xatırladılıb.

"Ermənistan Azərbaycanı ittiham edərkən müharibə zonasından uzaq olan Azərbaycanın tamamilə dinc şəhərlərinin– Gəncə, Tərtər, Beyləqan, Goranboy və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevirin raket atəşlərinə məruz qaldığı xəbərləri gəlir”, - məqalədə yazılıb.

Monoetnik və monodinli Ermənistandan fərqli, Azərbaycanın dünyəvi, tolerant və multikultural dövlət kimi tanındığı da vurğulanır.

"Ölkə əhalisinin əksəriyyəti İslam dininə sitayiş etsə də, bu, müsəlman kimliyi dindən daha çox mədəniyyətə və etnik mənsubiyyətə əsaslanır. Azərbaycanda yəhudilər, xristianlar və digər dinlərə sitayiş edənlər harmonik şəkildə bir arada yaşayırlar və ölkənin Konstitusiyası bütün inanclı insanların dinlərini məhdudiyyət olmadan seçib, ona sitayiş edə biləcəyini təmin edir. Azərbaycan ölkədə onlarla kilsə və 7 sinaqoqun bərpasını maliyyələşdirməklə yanaşı, xaricdəki dini obyektlərin, o cümlədən Parisdəki Notr-Dam kilsəsinin, Vatikandakı Marçellino və Pyetro katakombalarının, Gürcüstanda sinaqoq və kilsələrin bərpasıba dəstək olur. Antisemitizm olmayan ölkə kimi tanınan Azərbaycan əsrlər boyu qədim dağ yəhudiləri icmasının (Qubada) evi olub”, - məqalədə deyilir.
(report)

OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...