"Qarabağ" - "Bazel" oyununun hakimləri bəlli oldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Sfera.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapışırılıb.

FIFA referisi Erik Lambrextsə, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR