"Qarabağ"dan bu futbolçuya fantastik təklif

"Qarabağ" Zimbabve millisinin üzvü Xama Billiatın transferindən vaz keçməyib. 

Sfera.az bildirir ki, bu barədə "Soccerladuma" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qarabağ" Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandauns" klubunda çıxış edən hücumçunu yayda heyətinə qatmaq istəyir. Saytın iddiasına görə, Azərbaycan çempionu 28 yaşlı forvarda olduqca cəlbedici təklif gönədərəcək.

Xama Billiatın CAR klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. "Qarabağ" isə onu azad agent kimi heyətiqə qatmaq istəyir. Futbolçuya "yox" deyə bilməyəcəyi təklif göndərməyi planbaşdıran Azərbaycan çempionu bu keçidi avrokubok mövsümündən öncə bitirmək niyyətindədi.

Qeyd edək ki, "Qarabağ"ın Xama Billiatı qışda da heyətinə qatmaq istədiyi bildirilirdi. Amma həmin vaxt  "Mamelodi Sandauns" 2,5 milyon dollar tələb etdiyi üçün keçid baş tutmamışdı. 

Xama Billiata karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandauns" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat "Mamelodi Sandauns"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.

O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.(Fanat.Az)
 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...