\"Qarabağ\"dan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşdi

\
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Sfera.az bildirir ki, 22 yaşlı hücumçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcək. Bu barədə klub prezidenti Martin Puxer açıqlama verib. Lakin o, müqavilə üzrə Türkiyə "Trabzonspor"una məxsus Şeydayevlə anlaşmanın detalları barədə açıqlama verməyib.

Avstriya mətbuatı gənc forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb. "Mattersburq" Bundesliqanı 36 oyundan 46 xalla 6-cı pillədə başa vurub.

Qeyd edək ki, Rusiya "Zenit"inin yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında "Trabzonspor"la 4 illik müqavilə bağlayıb. Lakin o, Türkiyə klubunda möhkəmlənə bilmədiyi üçün 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilib. Şeydayev bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub. (report)

OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...