Qarabağdakı düşmən ordusunun əsgər və zabitlərindən etiraz: \"Baş verənlər aktyorluqdur\"

Qarabağdakı düşmən ordusunun əsgər və zabitlərindən etiraz: \
İşğal altında olan Qarabağda qulluq edən düşmən ordusunun zabit və əsgərləri ərzaq və verilən kompensasiyadan narazıdırlar. 

 Qarabağda qulluq edən düşmən ordusunun zabit və müddətli xidmət hərbi qulluqçuları öz məişət, maddi və digər şəraitlərindən narazıdırlar. 

Onlar inqilabdan sonra vəziyyətin dəyişəcəyinə ümid etsələr də, qeyd edirlər ki, vəziyyət dəyişməyib, yenə də evdən alt paltarları aparırlar, ərzaq isə dəyişməz olaraq qalır. 

Əsgərlər bildirir ki, verilən yeməklərdən mədə ağrıları yaranır və bəzi duşonka növlərindən daim mədə yanması baş verir. Erməni əsgərlərindən biri bildirib ki, hakimiyyət tərəfindən bütün deyilənlər və baş verənlər bir aktyorluqdur. 

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi son zamanlar jurnalistlərə təntənəli şəkildə 2018-ci ildən etibarən əsgərlərə verilən ərzaq və geyimlərdəki dəyişiklikləri nümayiş etdirib. Hazırda isə təbii bal, sarımsaq, yeddi növ quru meyvə, cəbhədə xidmət edənlər üçün əlavə həftədə bir dəfə sulu yemək, çörəklə bərabər yuxa veriləcəyi də qeyd edilib. 

Bununla bağlı "Facebook"da tanınmış erməni istifadəçilərindən biri, hətta niyə rus ordusunun əxlaqlarını orduya gətirirsiniz deyə, tənqid edib və təbii yağı, yəni donuz yağını faydalı qida növü adlandırıb. 

Erməni zabitlər isə əsasən dövlət tərəfindən işğal altında olan Qarabağda mənzil kirayəsinə görə cəmi 20 min dram kompensasiya ödənilməsindən narazılıq ediblər. Hazırda Xankəndində mənzil kirayəsinin ən azı 50 min dram təşkil etdiyi vurğulanıb. Bu baxımdan narazı erməni hərbi qulluqçuları məlum mükafatlandırmalar (Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin mükafatlandırılması-red.) dəhşətli dərəcədə təəccübləndirib.Ordu.az

OXŞAR XƏBƏRLƏR