Qarabağda qondarma "referendum"un vaxtı açıqlandı

Qarabağda qondarma

Dağlıq Qarabağdakı işğalçı rejim "konstitusiyaya dəyişikliklərlə bağlı referendum” keçirməyi planlaşdırır.

Qondarma respublikada referendum böyük ehtimalla bu ilin fevral ayında keçiriləcək. Bunu işğalçı rejimin qondarma "Parlament”inin vitse-spikeri Vahram Balayan deyib. O vurğulayıb ki, "referendum” Parlament müfaviq dəyişikliklərlə bağlı qanunu qəbul etdikdən sonra keçirilicək. 

Daşnaksutyun fraksiyası (Ermənistan İnqilabi Federasiyası) eyni şəxsin iki dəfədən artıq baş prokuror və Nəzarət Palatasının rəhbəri seçilməsinin əleyhinə olduğunu bildirib və bunun yeni konstitusiyada əksini tapmasını tələb edib. 

"Konstitusiya”ya nəzərdə tutulan dəyişikliklərə əsasən, qondarma Dağlıq Qarabağ Respublikasının spikeri və vitse-spikeri toxunulmazdır və fəaliyyət müddəti bitməyincə dəyişdirilə bilməz. Bu, Daşnaksutyun partiyası tərəfindən etirazla qarşılanıb. 

Bundan başqa, qondarma "konstitusiya islahatı” paketinə "ölkənin” qismən prezidentlik idarəetmə sistemindən tam prezident respublikası üsul-idarəsinə keçirilməsi məsələsi də daxildir. 


OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...