Qarabağda partlayış: ERMƏNİSTAN HƏRBÇİLƏRİ YARALANDI - Yenilənib

Qarabağda partlayış: ERMƏNİSTAN HƏRBÇİLƏRİ YARALANDI - Yenilənib

Fevralın 28-də döyüş mövqeyində mühəndis işlərini yerinə yetirərkən partlayıcı qurğunun detanosiyası nəticəsində iki həqiqi hərbi xidmət qulluqçusu yaralanıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan deyib.

Onun sözlərinə görə hərbi qulluqçular müxtəlif dərəcəli qəlpə yaraları alıblar. Onların hamısı Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalına yerləşdirilib.

Ermənistanın İstintaq Komitəsinin 6-cı qarnizon istintaq bölməsində Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi (hərbi xidmətə səhlənkar yanaşma) ilə cinayət işi başlanıb.

Maraqlıdır ki, A.Ovannisyan hadisənin konkret harada baş verdiyini açıqlamayıb. Lakin sadə məntiqlə də aydın olur ki, söhbət Azərbaycanın işğal olunmuş ərazilərindəki döyüş mövqeyindən gedir.

-------

18:00

 

Qarabağda erməni müddətli hərbi qulluqçular döyüş mövqelərində mühəndis işləri apararkən partlayıcı qurğu partlayıb.

Məlumatı Ermənistan İstintaq İdarəsinin nümayəndəsi Sona Tuzyan da təsdiqləyib.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, fevralın 28-i baş verən hadisə nəticəsində 3 nəfər məcburi hərbi qulluqçu müxtəlif dərəcəli qəlpə bədən xəsarətləri alıb.

Onlar dərhal hospitala aparılıblar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...