Qarabağda hər şey 6 aya HƏLL OLUNACAQ

Qarabağda hər şey 6 aya HƏLL OLUNACAQ
"ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”.

Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Tramp adətən belə təbriklərin altına imza atır: "Bu məktublar Trampın və dövlət katibinin təlimatı ilə Dövlət Departamenti tərəfindən hazırlanır. Görünür, Trampın məsləhətçiləri Cənubi Qafqazda yeni siyasi raundu oynamağa qərar verdilər. Çünki ABŞ-ın əvvəki siyasəti uğursuz oldu. Vaşinqton uzun illər Gürcüstanı pro Amerika ölkəsi etməyə çalışırdı, lakin nəticəsi istənilən kimi olmadı. Tramp regionda yeni dayağı tapmağa çalışır. Regionda yeganə dayaq ola biləcək ciddi ölkə Azərbaycandır. Azərbaycan bütün regionun gələcəyini müəyyənləşdirə biləcək gücdür. Azərbaycanın ABŞ-a yaxınlaşması üçün Vaşinqton Bakıya nəsə təklif etməlidir. Bu təklif nə ola bilər? Aydındır ki, Dağlıq Qarabağ məsələsi. Bütövlükdə istənilən xarici aktorun Cənubi Qafqazda siyasi kombinasyaları Qarabağa və bu münaqişənin həllinə gətirib çıxarır”.

Rusiyalı ekspert qeyd edib ki, Tramp üçün Qarabağın Ermənistanın nəzarətində qalması, yaxud tanınmamış ərazi kimi olması tamamilə əlverişsizir.

"Bundan heç bir xeyir gəlməyəcək. Buna görə də Tramp Paşinyana təzyiq göstərməyə qərara gəldi. Sülh, ticarət, dostluq, əlbəttə yaxşıdır, lakin Qarabağı qaytarmaq lazımdır. Türkiyə üçün də Ermənistanla diplomatik münasibətlərin olmaması sərfəli deyil, lakin Azərbaycanın maraqları təmin olunmadan buna getmir. Buna görə Ankara Qarabağ münaqişəsi həll olunmadan heç bir münasibət qurmayacağını deyir. Prinsip etibarilə, Türkiyə üçün Ermənistan iqtisadi bazar və qaz kəmərlərinin tranziti üçün yaxşı ərazi olardı. Enerji problemləri ilə üzləşən Ermənistan üçün də bu çox əlverişli variant ola bilər. Biz müşahidə edirik ki, Ermənistandan fərqli olaraq Azərbaycana təzyiq göstərmirlər. Birincisi, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycanındır, ikincisi, Azərbaycan əlverişli tərəfdaşdır. İndi Ermənistanla sövdələşmə aparırlar: ərazilərin qaytarılmasına əvəz olaraq yeni təkliflər irəli sürürlər. Faktiki olaraq, beynəlxalq ictimaiyyət qoşunların çıxarılmasını tələb edir”, - deyə o bildirib.

D.Verxoturov Paşinyanın çətin siyasi qərar qəbul etməli olacağını vurğulayıb: "Bu, Ermənistan rəhbəri kimi onun üçün tarixi qərar ola bilər. Lakin Paşinyanın başqa seçimi yoxdur. Ermənistan üçün isə münaqişənin həllindən sonra yeni iqtisadi imkanlar açılacaq. Erməni qoşunlar ərazilərdən çıxarılır, əvəzində Azərbaycan hansısa zəmanətlər verir. Artıq İrəvanla danışıqlar prosesi başlandı, həmsədrlərin bəyanatından belə görünür ki, sövdələşmə aparılır. İrəvan deyir ki, prinsip etibarilə rayonları qaytarmağa hazırıq, lakin əvəzində nə alacağıq? Təxminən yarım il ərzində tərəflər razılaşa bilərlər. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyinə görə münaqişənin həllində müsbət dönüş ola bilər. Çünki Nikol Paşinyan "Qarabağ klanı”na aid olmayan siyasətçidir”.publika


OXŞAR XƏBƏRLƏR

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...