Qarabağda erməni əsgəri öldürüldü

Qarabağda erməni əsgəri öldürüldü
Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
 

Qarabağda erməni əsgəri öldürülüb. ANS PRESS-in məlumatına görə, erməni hərbi qulluqçusu işğal edilmiş Dağlıq Qarabağda hərbi hissələrdən birində öldürülüb.

Erməni KİV-i öldürülən hərbi qulluqçunun 1997-ci il təvəllüdlü David Terteryan olduğunu bildirib. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqqında informasiya vermir.

Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Cəbhə xətti
Cəbhə xətti

Bir müddət əvvəl erməni mətbuatının verdiyi məlumata görə, fevralın 4-dən 5-nə keçən gecə təmas xəttində baş verən atışma nəticəsində erməni əsgər ölüb. Məlumata görə, hadisə təmas xəttinin cənub istiqamətində qeydə alınıb. Ölən erməni əsgər Simon Çavrşyandır. O, 1996-cı il təvəllüdlü olub.

Müdafiə Nazirliyi bildirir ki, son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 116 dəfə atəş zərbəsi endirib.


OXŞAR XƏBƏRLƏR