“Qarabağda belə atırlar” deyib atəş açan təslim oldu - VİDEO - FOTO

“Qarabağda belə atırlar” deyib atəş açan təslim oldu - VİDEO - FOTO
 

Sentyabrın 29-da axşam saatlarında sosial şəbəkələrdə Rusiyanın Krasnodar vilayətinin Belaya Qlina kəndindəki "Niva" kafenin qarşısında "Kalaşnikov" avtomatından havaya atəş açan iki kişinin görüntüsü yayılıb. 

Onlardan biri avtomatdan atəş açarkən "Qarabağda belə atırlar" deyib. Arxa planda olan şəxs isə "bəlkə sizə qumbaraatan verək?" deyib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, o görüntülərdəki şəxslərdən birinin Beloqlinsk rayonunun bələdiyyə başçısı Aleksandr Koklinin eyniadlı oğlu olduğu bəlli olub.

Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə dövlət idarəsi 31 yaşlı Aleksandr (Saşka) Koklinin hadisədən bir sutka keçəndən sonra polisə gedərək videodakı avtomatla birlikdə təslim olduğu barədə məlumat yayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

 

 



OXŞAR XƏBƏRLƏR