Qarabağda 3 erməni əsgəri öldü

Qarabağda 3 erməni əsgəri öldü

 

Bu gün düşmənin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağisdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu "Vilis" markalı avtomobil su kanalına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı daha iki erməni əsgər suda boğulub.

Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır. 

Hazırda boğulan əsgərlərin şəxsiyyəti hələ müəyyən edilməyib.

 


OXŞAR XƏBƏRLƏR