“Qarabağ” stadionunu dəyişir

“Qarabağ” stadionunu dəyişir

 

 

"Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələləri çərçivəsində oyunlarını "Dalğa Arena”da keçirəcək.

Ağdam klubu məlumat yayıb ki, "Qarabağ” I təsnifat mərhələdə "Partizani" (Albaniya) klubunu və II mərhələyə yüksələcəyi təqdirdə növbəti rəqibini məhz bu stadioda qəbul edəcək.

Bildirilib ki, buna səbəb 21-27 iyul tarixləri arasında ölkəmizdə Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsidir. 

Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


OXŞAR XƏBƏRLƏR