İdman

"Qarabağ" Şotlandiyadan futbolçu transfer edir

"Qarabağ" transfer mövsümünə yeni qapıçı almaqla başlayır. Hannes Halldorsonu mövsümün gedişində yola salan ağdamlılar onu daha bir əcnəbi ilə əvəz edəcək.
 
Sfera.az futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Şotlandiyanın "Sent-Mirren" klubunun qolkiperi Vatslav Qladkinin xidmətində maraqlıdı. Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan 29 yaşlı futbolçunu Moskva "Spartak"ı və bir neçə İngiltərə klubu da transfer etmək istəyir. Amma "Qarabağ" bu transferdə daha israrlıdı.
 
Qladki 2016/2017 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" komandasının heyətində yer alıb. Lakin o, "Qarabağ"la hər iki matçda ehtiyatda qalıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30